“Yeni Həyat”da yarpaq tökümü DAVAM EDİR

“Yeni Həyat” Şirkətlər Qrupu MMC-yə daxil olan daha bir müəssisə ləğv edilib.

 AzerTaym.az Vergilər nazirliyinə istinadən xəbər verir ki, söhbət “Yeni Hayat 2” Mənzil-Tikinti Kooperativindən gedir.

Ləğv olunan şirkətin kreditorlarına öz tələblərini irəli sürmək üçün 2 ay vaxt verilib. Bu müddətdə onlar tələblərini Bakı şəhəri, Nobel küçəsi,15 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, ötən həftə “Yeni Həyat”ın 2 şirkətinin bağlanması barədə məlumat yayılıb. “Yeni Hayat Construction” MMC və “Yeni Həyat 1” MTK ləğv olunub






Fikirlər