İnternetdə reklamlara QADAGA
Məşhur internet brauzeri Gugl Xrom növbəti ildən yeni versiyası ilə internetdəki reklamlara qadağa qoyacaq. Publika.az xəbər verir ki, bu barədə şirkətdən rəsmi açıqlama verilib. Belə ki, Guglun yeni versiyasıdna istifadəçilər daxil olduqları səhifələrdə kənarda avtomatik olaraq görünən şəkil və videolar əngəllənəcək. Gugl reklamları filtrləmək üçün istifadəçilərdən ödəniş tələb edəcək. İstifadəçilər daxil olduqları səhifələrdə heç bir reklam görmək istəmədiklərini bildirərək şirkətə cüzi bir məbləğ ödəyəcəklər. Lakin ödəniş etməyənlər üçün internet saytlarında bəlli standartlara cavab verən reklamlar görünəcək. Standartlara uyğun olmayan reklamlar isə ümumiyyətlə göstərilməyəcək. Hər hansı saytda filtrlənən reklamların sayı müəyyən həddi aşandan sonra həmin saytda heç bir reklamın yayımına icazə verilməyəcək