Azərbaycana 10 ədəd təyyarə çatdırmalı olan ŞİRKƏT ləğv olunur – İlkin ödəniş EDİLMİŞDİR…
“Antonov” Dövlət Konserninin ləğv edilməsi “An-178” təyyarələrinin Azərbaycana çatdırılmasına heç bir təsir göstərməyəcək. Bu barədə özəl olaraq Trend-ə Konserndən məlumat verilib. Qeyd olunub ki, “Silk Way Airlines” ilə “Antonov” arasındakı razılaşma qrafikə uyğun olaraq həyata keçiriləcək. Qeyd edək ki, bir müddət öncə bəzi KİV-lərdə “Antonov” Dövlət Konserni və konsernə aid üç müəssisənin 2 ay ərzində ləğv ediləcəyi haqda informasiyalar yer almışdı. Lakin bununla bağlı konserndən Trend-ə bildiriblər ki, bu informasiya həqiqətə uyğun deyil. Xatırladaq ki, 2016-cı ilin iyun ayında “Antonov” korporasiyası və Azərbaycan tərəfi arasında 10 ədəd “An-178″ təyyarələrinin satışına dair müqavilə imzalanıb. O zaman Ukrayna mətbuatı bildirib ki, tərəflər təyyarələrin 2 il ərzində iki mərhələdə tədarük edilməsi barədə razılığa gəlib. Əvvəlcə 2, daha sonra isə 8 təyyarənin Azərbaycana gətirilməsi nəzərdə tutulur. Müqavilənin məbləği açıqlanmır. Yalnız ilkin ödənişin edildiyi məlumdur.