Azərbaycan sovet sanatoriyasına YATIRIM EDİR

Azərbaycan sovet sanatoriyasına yatırım edir

Aprel ayında Azərbaycan əfsanəvi sovet sanatoriyası olan “Akademiçeskaya”ya vəsait yatırmağı qərara alıb.

Bu barədə razılaşma Stavropol diyarının qubernatoru V.Vladimirovun Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə əldə olunub.

 AzerTaym.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Komsomolskaya pravda” nəşri yazıb. Məlumatda bildirilir ki, 2018-ci ildə Kislovodskda 1994-cü ildə bağlanmış məşhur sovet sanatoriyası olan “Akademiçeskaya”nın yenidən qurulmasına başlanacaq. Obyektin tam bərpası üçün 2,3 milyard rubl tələb olunur.

Kislovodsk şəhər başçısı Aleksandr Kurbatovun sözlərinə görə, sağlamlıq ocağının yenidən qurulması üzrə birgə iş barədə saziş diyar hökuməti, şəhər administrasiyası və investor şirkət arasında bağlanıb. “Akademiçeskaya”nın federal balansdan diyarın balansına verilməsi ilə bağlı proses artıq başlayıb.

İrimiqyaslı yenidənqurma işlərinin nəticəsində sanatoriyanın korpuslarının tutumunun 350 yer artırılması planlaşdırılır.






Fikirlər