“Duzlu göl” ətrafındakı obyektlər sökülür – VİDEO
Paytaxtın Hovsan qəsəbəsində, ”Duz gölü”nün ətrafındakı qanunsuz obyektlər sökülür. Bu gün səhər saatlarında əraziyə gələn texnikalar vasitəsi ilə bir neçə obyekt sökülüb və yeri təmizlənib. “AzerTaym.az” “Xəzər xəbər”ə istinadla xəbər verir ki, məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi üzrə nümayəndəsi Cəlaləddin Əhmədov bildirdi ki, duzlu göldən çimərlik kimi istifadə hələ illər öncədən qadağan edilib. buna baxmayaraq, bəzi şəxslər tərəfindən həmin ərazidə qanunsuz obyeklər tikilərək insanlara xidmət göstərir. Üstəlik duzlu göl və onun ətrafı da daxil olmaqla 15 hektarlıq böyük bir ərazi ”Şor Gölü” Məhdud Məsuliyyətli cəmiyyətinin balansındadır. Yəni orada sökülən qanunsuz obyektlər torpaq sahibinin müraciəti əsasında aparılıb. ”Şor gölü” Məhdud Məsuliyyətli Cəmiyyətindən isə bildirildi ki, həmin ərazi 2002-dən ildən cəmiyyətin balansındadır. Buna baxmayaraq, sözügedən ərazidə qanunsuz obyektlər tikilib fəaliyyət göstərir. bununla əlaqədər cəmiyyət məhkəməyə və aidiyyatı qurumlara müraciət edib. məhkəmə həmin ərazidəki qanunsuz obyektlərin sökülməsi ilə bağlı qərar qəbul edib. söküntü işləri də bu qərar əsasında aparılır. Duzlu göl ətrafındak antisanitar vəziyyət tam təmizlənəcək və ərazidə abadlıq işləri aparılacaq.