Nəhəng döyüş robotları üz-üzə gəldi – DÜNYADA İLK DƏFƏ (VİDEO)

Yaponiyada dünyada ilk dəfə olaraq nəhəng döyüş robotlarının döyüşü baş tutub. 

İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, bu döyüşdə yaponiyalı və amerikalı mühəndislər iştirak ediblər.

Tokionun şərəfini “Kuratas” robotunu tərtib etmiş “Suidobashi Heavy Industry” şirkəti qoruyub. ABŞ-ın “MegaBots Inc” şirkətindən olan mühəndislər arenaya kiçik “Iron Glory” və onun davamçısı “Eagle Prime” robotunu çıxarıblar.

“Ridus” nəşri bildirir ki, mübarizə fəaliyyətsiz poladtökmə zavodunun həyətində keçirilib. İlk raundda “Kuratas” asanlıqla “Iron Glory”ni nokauta göndərib. Ancaq ikinci raundda qələbəyə “Eagle Prime” robotu layiq görülüb. Onun pilotu benzinlə işləyən mişarı işə salıb.

Xatırladaq ki, bundan əvvəl rusiyalı alimlər robotların hüquqlarını İnsan Hüquqları Bəyannaməsinə daxil etməyi təklif ediblər.

 

 






Fikirlər