Kiyevdə saxlanılan Fikrət Hüseynli SƏRBƏST BURAXILDI

Kiyevin Lukyanovski Rayon Məhkəməsi oktyabrın 27-də azərbaycanlı jurnalist, “Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynlinin zaminə buraxılması qərarını verib. 

Bu barədə Azadlıq.info məlumat yayıb. Məhkəmə Fikrət Hüseynlinin həmçinin ekstradisiyasını qadağan edən qərar  qəbul edib. Bu barədə onun vəkili Dmitri Mazurok məlumat yayıb. Vəkilin bildirdiyinə görə F. Hüseynlinin Ukraynaın xalq deputatı Mikola Knyajitskinin və ictimai fəal Boris Zaxarovun zaminliyinə veriblər.

Fikrət Hüseynli oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Azərbaycanın sorğusu əsasında saxlanılıb. O, dələduzluq və sərhəddi qanunsuz keçməkdə ittiham olunur.

Oktyabrın 17-də məhkəmə onun barəsində 18 sutka həbs-qətimkan tədbiri seçib. Jurnalist ittihamı qəbul etməyib. Fikrət Hüseynli 2008-ci ildə Azərbaycandan Niderlanda mühacirət edib. Əvvəlcə siyasi sığınacaq, sonra isə vətəndaşlıq alıb.






Fikirlər