ANS-in aparıcısı metroda mübahisə etdi – POLİSƏ DÜŞDÜ

ANS-in aparıcısı metroda mübahisə etdi – POLİSƏ DÜŞDÜ

ANS-in eks-aparıcısı Cavid Osmanovun başına iş gəlib.

Publika.az xəbər verir ki, o, metroda başqa sərnişinin təzyiqi ilə üzləşib. Aparıcı bu barədə sosial media hesabında məlumat vdib.

“Neftçilər metrosunda səhər tezdən işə gecikirdim. Gecə pis yatmışdım, işıq gözlərimi qamaşdırırdı. Eynəyi gözlərimdən çıxarmamaq qərarına gəldim.

Balans doldurma apartına doğru yaxınlaşdım. Mənim növbəm gəldi. Aparatın qabağında durmuşam. Kofe stəkanımı aparatın yuxarısına qoyuram, pul kisəsini çibimdən çıxarıram və... bu an, soldan bir nəfər mənim əlimi itələyir və öz kartını aparata yerləşdirməyə cəhd edir. Əlindən tutaraq “Üzr istəyirəm, burada növbə var və indi mənim növbəmdir” dedim. O, isə “əşşi, gecikirəm. Nəyə durmusan boş-boş, keç də” – deyə əla ətrdən istifadə edən, ağ köynəkli və qara pencəkli şəxs çox yüksək və alçaldıcı tonda mənimlə söhbəti davam etdirir. Sonra dialoqumuz belə davam edir:

- Bəy, belə olmaz, axı

- Çobanlıq eləmə! Sözün var?

bunu deyən naməlum, təqribən 40 yaşlı yoldaş əlimi möhkəm sıxdı. Mən isə “Siz və sizin kimi insanlara izah etmək istəyirəm ki, heç də hər şey sizin diktənizlə getmir”

Bizim söhbətimiz balaca uşaqların bir oyuncağa görə olan davaya bənzəyirdi. Naməlum şəxs mənimlə əl-qolla danışmağa davam etdikcə, birdən rahatlaşdım. Başa düşdüm ki, onun səviyyəsinə enməkdə davam edirəm və o səviyyədə onun təcrübəsi məndən çoxdu. Niyə öz əsəblərimi korlayıram, niyə ümumiyyətlə, bu hadisə mənimlə baş verir?! Ətrafımıza insanlar toplaşmağa davam edirdi. Mən polis çağırdım. Naməlum adam “Niyə polis çağırırsan?!” dedi, dedim ki, “Çünki, sizə öz fikrimi izah etməyə çalışdım və alınmadı”.

Polis bizi xüsusi otağa apardı. Otaqda məlum oldu ki, naməlum şəxsin adı Ruslandır. O, polis əməkdaşı ilə də yüksək və özünə arxayın tonda danışmağa davam edirdi. Mənə nəsə demək istəyəndə, sadəcə polisə Ruslanın mənimlə necə danışdığını göstərirdim və deyirdim ki, adam məni emosiyalardan çıxarmaq istəyir.

Ruslan bir daha məndən soruşdu ki, “niyə polis çağırmısan?”. Ona cavab verdim ki, "Çünki sizin kimi insanlar özünü tamamilə cəzasız hiss edir, həyasızlığına salıb insanlarla kobud danışır, onlara hər şeyin icazəli olduğunun sanıb, heç kimə hörmət etmirlər və öz əsəblərimi qoruduğuma görə polisə müraciət etmişəm”.

Ruslan bunu eşitdi və otaqdan çıxmaq istədi. Polis onu saxladı və məndən soruşdu ki, nə edək indi? Dedim ki, “Ruslan bəy, məndən üzr istəsin, əlimi sıxsın və işimizə-gücümüzə gedək.

Ruslan məndən üzr istədi, lakin bildirdi ki, biz mütləq görüşəcəyik. Bundan sonra əsəblərimi korlamayacam, təxribatlara getməyəcəm, yarana biləcək problemləri yalnız hüquqi şəkildə həl etməyə çalışacam”.

 






Fikirlər