Azərbaycan ötən il ELEKTRİK ENERJİSİ ixracını 80% artırıb

Azərbaycan 2017-ci il ərzində xarici ölkələrə 50,969 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib.

"Report" Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,625 mln. dollar, yaxud 79,82% (1,8 dəfə) çoxdur.

Hesabat dövründə ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 1 160 196 kVt/saat elektrik enerjisi satılıb və bu, 2016-cı ilə nisbətən 513,438 mln. kVt/saat və yaxud 79,39% (1,8 dəfə) çoxdur.

Qeyd edək ki, 2017-ci ildə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,37%-ni təşkil edib.






Fikirlər