GÜCLÜ KÜLƏK rayonlarda FƏSADLAR törədib - FOTO

Güclü külək Mingəçevir şəhərinin təsərrüfatında problemlər yaradıb.
 "AzerTaym.az" "Report"a istinadən xəbər verir ki, günorta saatlarında güclənən külək ayrı-ayrı küçələrdə iri və kiçik gövdəli ağacları aşırıb.

Ağacların bəziləri yollara aşaraq nəqliyyatın hərəkətinə problemlər yaradıb. Xüsusən Aydın Məmmədov küçəsində aşan iri gövdəli ağac yolu kəsib.

Külək bəzi yerlərdə hətta elektrik naqillərini də qoparaq sakinləri işıqsız qoyub.

Eyni vaxtda Mingəçevir Sənaye Parkının enerji təsərrüfatında da problemlər ortaya çıxıb. Müəssisə yarımstansiyasında yaranan qısaqapanma tüstülənməyə səbəb olub. Dərhal hadisə yerinə iki yanğınsöndürmə briqadası göndərilib.


Hazırda təbii hadisənin fəsadlarının aradan qaldırılması və elektrik enerjisiz qalmış yaşayış massivlərinin enerji ilə təminatının bərpa olunması üçün aidiyyatı qurumlar fəaliyyətini davam etdirir.

APA-nın yaydığı məlumata görə, güclü külək Ağdam, Bərdə və Ucar rayonunda da fəsadlara yol açıb. Bəzi evlərin damını yel aparıb, elektrik naqilləri sıradan çıxıb.



 






Fikirlər