TÜRKİYƏNİN KEÇMİŞ MÜDAFİƏ NAZİRİ BIÇAQLANDI
Türkiyənin keçmiş müdafiə naziri Ercan Vuralhan bıçaqlanıb. “Hürriyet” yazır ki, hadisə aprelin 18-də İstanbulun Sirkeci rayonunda baş verib. Boğazından bıçaqlanan E.Vuralhanın səhhəti ağırdır. Polis sabiq nazirə hücum edən Yüksel Karababanı saxlayıb. Qeyd edək ki, E.Vuralhan 1987-il dekabırn 21-dən 1989-cu il martın 30-dək Turqut Özalın hökumətində müdafiə naziri vəzifəsini tutub.