NAZİRİN KEÇMİŞ MÜAVİNİNİN HEÇ YERDƏ GÖRMƏDİYİNİZ VİDEOSU YAYILDI- VİDEO
Bu gün 9 il nazir müavini işləmiş tarixçi alim İradə Hüseynova 54 yaşını qeyd edir. İ.Hüseynova 19 aprel 1963-cü ildə Bakı şəhərində dünyaya gəlib. O, 1980-ci ildə Bakı şəhərinin 8 saylı orta məktəbini, 1985-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. İradə Hüseynova Prezident Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib. O, 2011-ci ilə qədər həmin illərin təhsil naziri Misir Mərdanovun müavini işləyib. İ.Hüseynova fəaliyyəti, araşdırmaları, nazir müavini işlədiyi zamanlarda təhsillə bağlı gördüyü işlərlə bərabər gözəl ifası ilə də məşhurdur. Zaman-zaman onun ailə məclislərində gözəl rəqs və ifası gündəm olub. Nazir müavinin rəğbətlə qarşılanan belə videolarından biri də onun iştirak etdiyi məclislərin birində lentə alınıb. Belə ki, bu gün 54 yaşını qeyd edən İ.Hüseynova videoda məclislərin birində rəqs edərək Elmira Rəhimovanın məşhur "Sən yadıma düşəndə" mahnısını ifa edir. Hazırda Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi" kafedrasının müdiri vəzifəsini icra edən İ.Hüseynovanın rəqsi və olduqca gözəl ifası ad günü münasibəti ilə yenidən paylaşılıb və hər kəs tərəfindən alqışlanıb. Qeyd edək ki, 9 il Təhsil naziri Misir Mərdanovun müavini vəzifəsini icra edən tarixçi alimimiz hazırda Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, həmçinin Bakı Dövlət Universitetində YAP Qadınlar Şurasının sədridir.