"HƏSRƏTLƏ GÖZÜMÜN İÇİNƏ BAXIB DEDİ Kİ..."
Xəbər verdiyimiz kimi, Aşıq Azər Xanlaroğlu bu gün vəfat edib. Məşhur aşığın vaxtsız ölümü sənət yoldaşlarını da qəm dünyasına qərq edib. Şairə Nazilə Səfərli Azərlə sonuncu dəfə müğənni Şəbnəm Tovuzlunun oğlunun kiçik toy məclisində görüşdüyünü dilə gətirərək kədərini ifadə edib: "Şəbnəmin oğlunun sünnətində məni foyeyə çağırıb əmisi oğluna dedi ki, bizim şəklimizi çək. Sonda həsrətlə gözlərimin içinə baxıb kövrəldi, "Özünü qoru, Nazı" dedi. Sonun belə olmamalıydı, Azər. Ölüm yaşın deyildi axı sənin. Bu qədər səni yaşatmağa çalışan insanların əməyini niyə itirdin? Xalqın sazını niyə susdurdun? Xəzangül xalanın ürəyinə niyə dağ çəkdin? Təyyarədən indicə endim axı, bala. Allah mənə sənin dəfnində iştirak etməyi qismət eləmədi. Allah rəhmət eləsin".