Gülər Əhmədovaya DEPUTAT PENSİYASI TƏYİN OLUNUB - Vəkildən açıqlama

guler-yeni-e14680131074891482494516

Sabiq deputat Gülər Əhmədovaya deputat pensiyası təyin olunub. “AzPolitika.info”nun məlumatına görə, bu barədə tanınmış vəkil Adəm Məmmədov öz “facebook” səhifəsində xəbər verib.

ademOnun yazdığına görə, məhkəmənin qərarı ilə Gülər Əhmədovaya əlillik dərəcəsi verilməsinə və pensiya təyin edilməsinə nail olunub: “Hüquqlarını müdafiə etdiyim  Milli Məclisinin sabiq deputatı Gülər Əhmədovaya deputat kimi pensiya təyin olunmasına nail olduq. Belə ki, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən Əhmədova Gülər Mikayıl qızına 30.05.2017-ci il tarixdən 2-ci dərəcə əlillik təyin olunması vəzifəsi  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilmişdir. Bu qərara görə hakim Elçin Məmmədova təşəkkür edirəm!”

AzPolitika.info






Fikirlər