KEÇMİŞ İCRA BAŞÇISI HƏBS OLUNA BİLƏR Korrupsiya faktına görə

Image result for AĞDAMIN İCRA BAŞÇISI

Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov 6 iyun 2018-ci il tarixində prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Yenicag.az-ın hazırda Ağdam rayon icra hakimiyyətində çalışan şəxslərdən aldığı məlumata əsasən, Raqub Məmmədovun işdən azad edilməsinə səbəb yeyinti olub.

Əldə etdiyimiz məlumata görə, Raqub Məmmədov cəbhəyani kəndlərdə 32 artezian quyusunun pulunu mənimsəyib və heç bir artezian quyusu qazdırmayıb. Bundan əlavə, dövlət büdcəsindən ayrılan vəsaiti özünə yaxın olan MMC-lərlə silib. İcra başçısı həm də rayonun yolları, işıqlandırılması, abadlaşdırılması üçün ayrılmış pulları mənimsəyib.

Araşdırmalara görə, keçmiş icra başçısı hər il vəzifədə şəxsləri saxlamaq üçün rüşvət tələb edib.

Hazırda icra hakimiyyətində çalışan vəzifəli şəxslərin bildirdiyinə görə, Raqub Məmmədovun yeyintisi ilə bağlı araşdırmalar aparılır.

Ağdama yeni icra başçısının təyin edilməməsinin səbəbi də, aparılan araşdırma və yeyintinin həcminin tam dəqiq bilinməməsidir.

Mənbə iddia edir ki, Raqub Məmmədovun həbs edilməsi də gündəmdədir.

Qeyd edək ki, qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, telefonlara cavab verən olmadı.

 

 






Fikirlər