NAZIRLIYIN ƏMƏKDAŞI iş başında öldü - FOTO
Sumqayıt şəhərində vergi müfəttişi iş başında dünyasını dəyişib. "AzerTaym.az" report-a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda 2 saylı Vergilər idarəsinin inzibati binasında baş verib. Belə ki, Sumqayıt şəhər sakini 38 yaşlı Səbuhi Zeynalov iş zamanı qəfildən keçinib. Onun ölüm səbəbi hələ ki, məlum deyil. Səbuhi Zeynalov Vergilər Nazirliyinin 2 saylı Sumqayıt Vergi idarəsində müfəttiş vəzifəsində çalışıb. Mərhumun üç azyaşlı övladı var. Faktla bağlı araşdırma aparılır.