Ceyranbatanda müəllim və valideynlərlə dava edən direktor görün nə etdi - VİDEO
Abşeron rayonu Ceyranbatan qəsəbəsindəki 2 saylı məktəbdə direktor və bir qrup müəllim arasında dava olub. Publika.az xəbər verir ki, valideynlərdən biri mübahisəni telefonla qeydə alaraq görüntüləri sosial şəbəkələrdə paylaşıb. Görüntüdən bəlli olur ki, davaya valideynlər də qatılıb, direktor Leyla İsmayılova özbaşınalıqda günahlandırılır. Yaranan mübahisədən sonra gün ərzində dəfələrlə məktəblə əlaqə saxladıq, lakin direktorun məktəbdə olmadığı bildirildi. Abşeron Rayon Təhsil Şöbəsindən də gün ərzində faktla bağlı araşdırmanın aparılıb-aparılmaması barədə fikir öyrənə bilmədik. Məktəbdə hansı prosesin baş verməsinin əsas səbəbini öyrənmək üçün yenidən məktəb direktoru ilə danışmağa çalışdıq. Məktəbdən bildirdilər ki, direktor həmin hadisələrdən sonra dünən ərizə yazaraq işdən ayrılıb. Hazırda direktorun vəzifəsini direktor müavini icra edir.