Bakıda şagirdi döyən DİREKTOR müavini İŞDƏN ÇIXARILDI- VİDEO

Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı

Sosial şəbəkələrdə Bakıda məktəb direktorunun müavini olduğu iddia edilən müəllimin məktəbliləri döyməsini əks etdirən video-kadrlar yayılıb.

Məlumata görə, hadisə Dərnəgüldə yerləşən məktəblərdən birinin qarşısında baş verib.

Kadrlardan görünür ki, kişi uşaqlara hücum edir və onlardan birini vurur. Vurulan uşaq üzünün qanını silə-silə kənara çəkilir.

Virtualaz.org xəbər verir ki, həmin şəxsin Cəbrayıl rayonunun Qovşudlu kənd tam orta məktəbinin məktəbdənkənar işlər üzrə direktor müavini Vidadi Əsədov olduğu məlum olub. O, 26 oktyabr 2018-ci ildə müəllimin etik davranış qaydalarını pozduğuna görə vəzifəsindən azad edilib. Bu barədə Cəbrayıl Rayon Təhsil Şöbəsindən məlumat verilib.

V. Əsədov şiddətli töhmət verilməklə sıravi müəllim işinə keçirilib.

Təhsil şöbəsindən onu da bildiriblər ki, belə hərəkətlərin təkrarlanacağı təqdirdə o, pedaqoji işlərdən kənarlaşdırılacaq.

 

 

 






Fikirlər