Hava Hücumundan Müdafiə Qüvvələri həyəcan siqnalı ilə ayağa qaldırıldı

Hava Hücumundan Müdafiə Qüvvələri həyəcan siqnalı ilə ayağa qaldırıldı Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələri qəfil həyəcan siqnalı ilə döyüş hazırlığı vəziyyətinə gətirilərək onların döyüşə hazırlığı yoxlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlim-döyüş tapşırığının yerinə yetirilməsi düşmənin təyyarə, helikopter, PUA, o cümlədən onun silahlanmasında olan və perspektivdə ola biləcək ballistik və qanadlı raketlərinin məhv edilməsi üçün nəzərdə tutulan “Buk-MB” tipli zenit-raket komplekslərinin müxtəlif rejimlərdə istifadəsinin yoxlanılması ilə həyata keçirilib.

Tapşırığın yerinə yetirilməsi zamanı şərti düşmənin hava hədəfləri imitatorları aşkarlanaraq izlənməyə götürülüb və praktiki raket atışları ilə dərhal məhv edilib.

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.


Hava Hücumundan Müdafiə Qüvvələri həyəcan siqnalı ilə ayağa qaldırıldıHava Hücumundan Müdafiə Qüvvələri həyəcan siqnalı ilə ayağa qaldırıldı
Hava Hücumundan Müdafiə Qüvvələri həyəcan siqnalı ilə ayağa qaldırıldı






Fikirlər