Azərbaycan səfirinin oğlu istintaqa cəlb olundu – Bina yanğınına görə
Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun oğlu Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilib. “Report”un məlumatına görə, Anar Həsənovun dindirilməsi sahibi olduğu şirkətin fəaliyyəti ilə bağlı olub.
Belə ki, A.Həsənov bu il mayın 19-da Bakının Binəqədi rayonunda insan tələfatı ilə nəticələnən yanğından sonra bina üzləyən şirkətlərdən birinin sahibi kimi istintaqa cəlb edilib.
A.Həsənov istintaqda dindirildikdən qısa müddət sonra Azərbaycanı tərk edib və həmin vaxtdan ölkəyə qayıtmayıb.
Qeyd edək ki, iş üzrə aparılan araşdırmalar çərçivəsində həbs edilən “GLOBAL” Şirkətlər Qrupunun rəhbəri Miryusif Mahmudov Anar Həsənovun qayınatası, yəni səfir Abbasəli Həsənovun qudasıdır.