Şəhla Hümbətova Vəkillər Kollegiyasından XARİC edildi
Vəkillər Kollegiyasının Rəyasət Heyəti Şəhla Hümbətovanın vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin dünənki iclasında bir vətəndaşın şikayəti əsasında Şəhla Hümbətovanın qanun pozuntusuna yol verməsi barədə məhkəməyə müraciət olunub. Virtualaz.org xəbər verir ki, Şəhla Hümbətovanın vəkilllik fəaliyyəti məhkəməyə uydurma sübutlar təqdim etdiyi üçün dayandırılıb. Bundan əlavə, o, altı aydan çoxdur ki, Vəkillər Kollegiyasına üzvlük haqqı ödəməyib. Şəhla Hümbətovanın Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunması barədə qərar qəbul edilib.