Bakıda sərnişin dolu marşrut avtobusunda yanğın OLUB...

 Bu gün səhər saatlarında sərnişin avobusunda yanğın baş verib.

Belə ki, Qara Qarayev prospekti ("Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında) "Transkontrol" MMC-nin müvəqqəti istismarında olan 30 nömrəli müntəzəm marşrut üzrə 10 TG 385 DQ nömrəli avtobus hərəkətdə olan zaman mühərrik bölməsində yanğın baş verib.

 Yanğına sürücü Məmmədov Elçin tərəfindən müdaxilə edilərək yerində söndürülüb. Eyni zamanda hadisə yerinə FHN yanğından mühafizə xidməti gəlib. Avtobusda xəsarət alan yoxdur.

"AzerTaym.az"






Fikirlər