Əfqan Quliyev seçicilər ilə görüşünü davam etdirir - FOTOLAR

  Xəbər verdiyimiz kimi Milli Məclisə seçkilərdə 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizəd Əfqan Bəhlul oğlu Quliyev təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. 
Namizədin seçki qərərgahından "AzerTaym.az"-a verilən məlumatda bildirilir ki,növbəti görüş 01.02.2020-ci il tarixində Cəlilabad rayonunun Abazallı kəndində seçicilər ilə baş tutdu. Deputatlığa namizəd Əfqan Quliyev öz platforması ilə seçiciləri tanış etdi və görəcəyi işlərlə bağlı seçiciləri məlumatlandırdı. Görüş zamanı seçicilər narahat edən problemləri dinləyən Əfqan Quliyev, ona etimad göstəriləcəyi təqdirdə onları narahat edən problemləri aidiyyəti təşkilatların qarşısında qaldıracağını və həllinə nail olacağını bildirdi.
Çıxış edənlər 9 fevral 2020-ci il parlament seçkilərində Əfqan Quliyevə səs verəcəklərini bildirdilər.
 






Fikirlər