Hökümətin sahib çıxmadığı məcburi köçükün ailəsinin həyatı TƏHLÜKƏDƏDİR
Onları bir yanadan məkan sahibi, digər yandan ilanlar təhdid edir. Qubadlı rayonun Çaytumas kəndindən olan məcburi köçkün, 1952-ci il təvəllüdlü Tamara Yusif qızı Babayeva 1997-ci ildən "Azərboru” Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt şəhəri, Sülh küçəsi-1 ünvanında yertləşən qarajının həyətindəki yardımçı binanın iki kiçik otağına sığınıb. Otaqların ümumi sahəsi 30 kvadmetr olsa da, altı nəfərdən ibarət ailə 23 ildir ki, burada yaşayır. Hökümətin onlara nə zaman sahib çıxacağını səbirsiliklə gözləyən Babayevlər ailəsini məskunlaşdıqları, normal həyat şərtlərindən çox uzaq olan yaşayış yerlərində də rahat buraxmırlar. Belə ki, bu qarajı özəlləşdirdiyini bildirən Dadaş Rəfəddin oğlu Nəzərəliyev Babayevlər ailəsini məskunlaşdıqları yerdən çıxarmağa çalışır. Babayevlər ailənin gah suyunu, gah kanalzasiyanı kəsərək onlara ciddi problemlər yaradan Dadaş Nəzərəliyev onların gediş-gəliş yolunu da kəsməyə çalışır. Çox maraqlıdır ki, Dadaş Nəzərəliyev də Babayevlər ailəsi kimi əslən Qubadlı rayonundandır. Ancaq bu amil də Dadaş Nəzərəliyevin Babayevlərə qarşı humanist davranmasına səbəb olmur. Bu vəziyyətlə bağlı redaksiyamıza bilgi verən mənbə bildirir ki, Dadaş Nəzərəliyevin qardaşı Zöhrabla əmlak davasını nəzərə alanda, Babayev ailəsinə qarşı humanist davaranmamasının səbəbi də aydın olar. Ötən il məhkəmə çəkişməsinə kimi gedib çıxmış bu əmlak davasının tərəflərindn biri Nəzərəliyev Zöhrab Rəfəddin oğlu, digəri isə onun qardaşı Dadaş Rəfəddin Nəzərəliyevdir. İki qardaş arasındakı bu əmlak davası indi Babayevlər ailəsinin üzləşdiyi problemin mahiyyətinə aydınlıq gətirir. Hələlik isə onu qeyd edək ki, Dadaş Nəəzrəliyevin məskunlşadıqları yerdən çıxarmağa çalışdığı Babayevlər ailəsinə daha bir təhlükə ilanlardan gəlir. Məsələ ondan ibarətdir ki, Babayevlər ailəsinin məskunlaşdığı tikililərin ətrafındakı obyeklərdə müntəzəm iş getdiyi üçün ilanlar daha az səs-küyün olduğu yerə can atdığı üçün məcburi köçkün ailəsinin məskunlaşdığı yerə dolur. Bir neçə gün öncə uzunluğu bir metrə çatan gürzənin təsadüf nəticəsində kimsəyə zərər vermədən aşkar edilib,zərərsizləşdirilməsini xoş təsadüf hesab etmək olar. Bu olayı sübut edən video görüntünün linkini (https://www.youtube.com/watch?v=M7LZnD4XGDE) əlavə edirik. Ailənin başçısı Tamara Babayevanı isə ən çox narahat edən ilanların ailənin körpə üzvüləri, 3 yaşlı Yağmur və 4 yaşlı Ömərə zərər verə biləcəyi qorxusudur. Buna görə dövlət orqanlarının, ilk növbədə isə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin onlara sahib çıxmasını gözləyir. N.QULUZADƏ