Rusiya Azərbaycanla dəmiryolu əlaqələrini dayandırdı
Rusiya Dəmir Yolları (RDY) bu gündən Azərbaycanla dəmiryolu əlaqələrini müvəqqəti dayandırır.
RDY-nin yaydığı açıqlamada bildirilir ki, yeni koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə qəbul edilən qərar martın 16-dan tətbiq olunacaq və xüsusi göstəriş olanadək qüvvədə qalacaq.
Məlumatda qeyd olunur ki, qərar barədə Azərbaycan tərəfi məlumatlandırılıb.
Analoji addım Özbəkistanla bağlı da atılıb. (APA)