TƏRTƏRli fermer də koronavirusa görə İANƏ VERDİ...
Tərtərli fermer İbrahimov Habil Qəməddin oğlu koronovirusla mübarizə ilə bağlı ianə kampaniyasına qoşulub. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, cəbhə bölgəsində yaşayan fermer Koronovirusla Mübarizəyə Dəstək Fonduna yardım edib. Qeyd edək ki, Habil İbrahimov 2019-cu ilin noyabrında Kənd Təsərrüfatı işçilərinin peşə bayramında "Kənd təsərrüfatının inkişafında xidmətlərinə görə" Prezidentin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.