Bayılda karantin qaydalarını pozan tikinti şirkəti nəzarətə götürüldü - VİDEO
Paytaxt ərazisində fəaliyyət göstərən bəzi tikinti şirkətləri ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara riayət etmir. "AzerTaym.az" Oxu.Az-a istinadən xəbər verir ki, söhbət Bakının Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində “Sabah Residence” şirkəti tərəfindən aparılan tikintidən gedir. Məsələ ilə bağlı yaxınlıqda yaşayan sakinlərdən biri redaksiyamıza müraciət edib. Mürcaiətdə iddia olunur ki, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunmasına baxmayaraq, tikinti şirkətləri bəzi qaydalara riayət etmir: “İşçilər səhər-axşam tikintidə maskasız və əlcəksiz çalışırlar. Ölkədə xüsusi karantin rejim tətbiq olunur, lakin Bayıl qəsəbəsində vəziyyət belədir. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti orqanlara şikayət etsək də, şikayətimizə baxan olmayıb”. Oxu.Az-ın əməkdaşı Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İH-dən bildiriblər ki, sözügedən məsələdən xəbərdardırlar: “Bu məsələ ilə bağlı müraciət əsasında əraziyə baxış keçirilib. Sözügedən ərazidə tikinti aparan şirkətin rəhbəri ilə əlaqə saxlanılıb. Məsələ tərəfimizdən nəzarətdə götürülüb”.