Uşaqlarını bu vəziyyətdə videoya çəkən ata ilə bağlı - AÇIQLAMA

Uşaqlarını bu vəziyyətdə videoya çəkən ata ilə bağlı

Azyaşlı uşaqları həyətyanı sahədə otlamağa məcbur edən və bunu videoya çəkərək paylaşan şəxslər barəsində aidiyyəti tədbirlər görülür.

AzerTaym.az" qafqazinfo-ya istinadən bildirir ki, bu barədə məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yayıb. Bildirilib ki, bu cür hallara yol verən şəxslərə qarşı ölkə qanunvericiliyinə əsasən müvafiq cəza tədbirləri nəzərdə tutulub:

Valideynlərin diqqətinə çatdırırıq ki, uşaqların şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərən, onların mənəviyyatını aşağılayan bu kimi halların baş verməsi və sosial şəbəkələrdə paylaşılması məktəbdə, cəmiyyətdə həmin uşaqların psixoloji basqı ilə üzləşməsinə gətirib çıxardaraq daha ciddi mənfi nəticələrə səbəb olur və ictimaiyyət arasında xüsusi narahatlıq doğurur.

Qeyd olunan faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara müraciət edilib. Müvafiq qaydada faktın araşdırılması, günahkar şəxslərin ölkəmizin qanunlarına müvafiq qaydada cəzalandırılması istiqamətində addımlar atılacaq.

Hazırda pandemiya ilə mübarizə şəraitində dövlətin həssas ailələrin yanında olaraq onların sosial vəziyyətinə mənfi təsirlərin azaldılması istiqamətində həyata keçirdiyi tədbirlərə rəğmən, bəzi vətəndaşların sosial məsuliyyətsizliyi, görülən işlərə kölgə salmaq mövqeyindən çıxış edərək cəmiyyətdə pozuculuq fəaliyyəti xalqımızın həmrəylik prinsiplərinə ziddir və hər bir vətəndaşı bu çətin günlərdə birgə olmağa, qarşılıqlı olaraq dövlətimizə və bir-birimizə dəstək olmağa səsləyirik.

Qeyd olunan məsələ ilə bağlı hadisəni törədən və videoya çəkərək paylaşan şəxslər artıq aşkarlanıb və həmin şəxslər barəsində aidiyyəti tədbirlər görülür”.

Sözügedən videonu təqdim edirik:

 






Fikirlər