Qulu Məhərrəmlidən KİVDF və başqa media qurumları haqda SƏRT SÖZLƏR

Qulu Məhərrəmlidən KİVDF və başqa media qurumları haqda sərt sözlər

"KİVDF yoxlanılmalıdır və onların dövlətdən yediyi maliyyə ictimaiyyətə açıqlanmalıdır".
"AzerTaym.az" bildirir ki,bunu  qaynarinfo-ya açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli deyib. Onun fikrincə, dövlətin pulunu şəxsi məqsədləri üçün istifadə edənlər cəzalanmalıdır:
"İnsanlar bilməlidir ki, dövlətin pulunu havaya sovurmaq, onu mənimsəmək olmaz. Neçə illərdir ki, mətbuat bu barədə yazır, biz də deyirik. KİVDF ilə bağlı dəfələrlə tənqidi məqalələr yazılıb. Yadınızdadırsa, biz də bir il öncə biz mediaklub yaratdıq və məsələni müzakirə etdik. Sonra bizim üstümüzə nə qədər hücumlar oldu və bu gün də davam etməkdədir. Biz nə deyirik? Deyirik ki, dövlətin pulunu şəxsi məqsədlər üçün istifadə etmək olmaz. Məqsəd qoyulubsa ki, bu pul medianın inkişafı üçündür, onun iqtisadi dayaqları möhkəmləndirilsin, onu həmin istiqamət üzrə xərcləmək lazımdır. Təkcə KİVDF deyil, başqa büdcədən maliyyələşən media qurumları da var. Yəni, bir vəzifəli adam gəlir, kiminləsə əlbir olub yeyir, dövlətin vəsaitini dağıdır və sonda da sağ-salamat çıxıb gedir. Öz işlərini qururlar və başlayırlar yığdıqları pulu yeməyə. Olmaz... Hər kəs bilməlidir ki, dövlətin puluna, onun bir qəpiyinə göz dikən insanlar gec ya tez bunun cəzasını almalıdır. KİVDF-də yoxlamaların aparılmasına yaxşı baxıram".
Qulu Məhərrəmlinin sözlərinə görə, KİVDF-dən narazılıq jurnalistlərə verilən evlərin bölgüsü zamanı baş verən ədalətsizliklərdən sonra başladı: 
"Orada olan ədalətsizliklər, haqsızlıqlar, ev bölgüsü və s. kimi işlər kimin nəzarəti ilə aparılıb, bunların hamısı bəllidir. Elə bir xaos, elə bir mühit, elə bir ələbaxanlıq, mənəvi böhran yaranıb ki, bunları yoxlamamaq, bu barədə danışmamaq mümkün deyil. Yoxlasınlar, araşdırsınlar. Ordakı maliyyə saxtakarlığını üzə çıxarsınlar. İnsanlar düşünməsin ki, mən bu işi görürəm, filankəs də mənə himayədarlıq edib, məsələ beləcə də qalacaq. Hər kəsin elədiyi cinayətə, yol verdiyi saxtakarlığa, maliyyə pozuntularına görə əvvəl-axır onun cəzası olamlıdır. Yəni, bundan yayınmaq mümkün deyil. Elcədə bu, çoxlarına bir dərs olacaq. Vəzifə onlara verilmir ki, şəxsi firavanlıqlarına sərf eləsinlər, dövlətin vəsaitinə göz diksinlər, yeyib-dağıtsınlar. Ona görə hesab edirəm ki, yoxlama normaldır. Təkcə KİVDF-də yox, digər nazirliklərdə də belə olmalıdır. AzTV-nin özü ilə bağlı nə qədər yeyintilər var. Niyə bunlar üzə çıxarılmır? Nəyə görə insan gəlib 50 milyona yaxın pul almalıdır, büdcə yeyintilərinə yol verib, sonra da heç nə olmamış kimi getməlidir? Onları himayə edənlər də KİVDF-ni himayə edən adamlardır. Bütün bunlar onların rəhbərliyi ilə baş verib. Yoxlanmalıdır və onların dövlətdən yediyi maliyyə ictimaiyyətə açıqlanmalıdır. Mən kiminsə həbs olunmasının tərəfdarı deyiləm. Amma dövlətin pulunu yerinə qoymaq lazımdır. Həmin pul jurnalistlərin, mətbuatın vəziyyətini yaxşılaşdırmaq üçündür. Yoxsa kim mənim adamımdır, kim mənə yaxındır, mən onlara yaxşı baxım və öz şəxsi məqsədlərimi reallaşdırım, belə olmaz. Jurnalistlərə verilən evlə bağlı pozuntular da bu kateqoriyaya aiddir. Bu şəkildə jurnalistlərə ev verilməsini anlaya bilmirəm. Onlara niyə ev verilməlidir? Amma tibb bacısı, ibtidai sinif müəlliminə yox? Bunu saxtakarlığa, ədalətsizliyə yol açmaqla vermək olmaz. Bunun kökündə bir şey dayanır - insanların şəxsi maralarının təmin edilməsi. Dürüst olmaq lazımdır. Hər şeyi təmannanın, umacağın üstündə qurub, mətbuatı inkişaf etdirmək olmaz. Bu dərəcədə asılılıq və bu dərəcədə insanları aşağılamaq olmaz".






Fikirlər