Azərbaycanda koronavirusa yoluxanların STATİSTİKASI
Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb. Bu barədə "AzerTaym.az"-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Hazırkı dövrədək ölkəmizdə 1 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 080 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 516 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 15 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.