Azərbaycanda icra başçısı şöbə müdirini danladı - Ürəyi partlayıb öldü

Azərbaycanda icra başçısı şöbə müdirini danladı - Ürəyi partlayıb öldü

Bir neçə gün əvvəl Gədəbəy rayon İcra Hakimiyyətinin şöbə müdirinin qəfil vəfat etməsi barədə məlumat vermişdik.
"AzerTaym.az" publika.az-a istinadən xəbər verir ki, Gədəbəy RİH-in vətəndaşların müraciətləri və sənədlərlə iş şöbəsinin müdiri Həsənov Rakif Cəbrayıl oğlunun ürək tutması nəticəsində vəfat etdiyi bildirilmişdi.
Yaxınlarının verdiyi məlumata görə, şöbə müdiri icra başçısı İbrahim Mustafayev tərəfindən ölümündən bir neçə gün əvvəl iş otağında ağır şəkildə danlanıb. Bu zaman o, özünü pis hiss edib və iş yoldaşlarının köməkliyi ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada onda infarkt əlamətləri müəyyən edilsə də, R.Həsənov evə buraxılıb. Çox keçmədən RİH-in şöbə müdiri ürək tutmasından dünyasını dəyişib.
Publika.az-ın məlumatına görə, icra başçısı İbrahim Mustafayevin dövründə bu cür hal artıq 3-cü dəfədir baş verir. Belə ki, ötən ilin aprelində Qaradağ kəndinin icra nümayəndəsi Cahangir Qasımov icra hakimiyyətinin binasında dünyasını dəyişib, ilin sonlarında isə Söyüdlü kəndinin icra nümayəndəsi Asif İsgəndərov başçının qəbulundan çıxıb evə gəldikdən sonra huşunu itirərək xəstəxanaya aparılıb.






Fikirlər