Azərbaycanda daha bir bankda mənimsəmə faktı aşkarlanıb
Baş Prokurorluğun mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, “Yunayted Kredit Bank” Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Gəncə şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalarla filialın sabiq müdiri Nərminə Dərgahzadənin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bankın elektron sənəd hesabatlarına yanlış məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməklə Gəncə şəhər sakininin adına rəsmiləşdirilmiş 40.0 min ABŞ dolları məbləğində pulu mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.