Azərbaycanda koronavirusla bağlı günün SON STATISTIKASI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 8-nə olan statistik göstəriciləri açıqlayıb.

 Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 457 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 779 508  test aparılıb. İndiyədək 488  nəfər COVID-19-dan dünyasını dəyişib, 30 056  nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 937 nəfərdir. Hazırda 259 nəfər reanimasiyada müalicə alır. 59 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda105 yoluxma, 360 sağalma faktı qeydə alınıb, 5 nəfər dünyasını dəyişib.

"AzerTaym.az" 






Fikirlər