Belaruslu avtoritet Lotu Qulidən DƏSTƏK istədi – Kriminal aləmdə növbəti KONFLİKT

Belaruslu avtoritet Lotu Qulidən dəstək istədi – Kriminal aləmdə növbəti konflikt 

Azərbaycanlı “oğru” Nadir Səlifovla (Lotu Quli) Belarusda yaşayan “oğru” Pavel Alekseyeviç (Paştet) arasında telefon danışığı olub. 

Yenisabah.az Rusiya KİV-inə istinadən xəbər verir ki, telefon danışığı Pavel Alekseyevlə başqa bir belarus əsilli kriminal avtoritet Aleksandr Kuşnerov (Saşa Kuşner) arasında baş qaldıran ziddiyyətlərlə bağlı olub. 

Təxminən bir həftə əvvəl Paştet Belarusun kriminal dünyasında nüfuz sahibi olanlara müraciət edərək Saşa Kuşnerin bütün qərarlarının ləğv etdiyini, eyni zamanda onu “oğru” hesab etmədiyini bəyan edib. Bundan sonra Aleksandr Kuşnerov Türkiyəyə Lotu Qulinin yanına gedib. O hesab edib ki, bu məsələdə Nadir Səlifovun dəstəyini qazanmaqla problemin həllinə nail olmaq olar. Məhz Saşa Kuşnerin xahişi ilə Lotu Quli Paştetlə danışıb. Bu fakt göstərir ki, Nadir Səlifov Saşa Kuşnerin Paştet barədə fikirlərini bölüşmür. 

Telefon danışığı zamanı bəlli olub ki, eyni məsələlər barədə Saşa Kuşnerlə Paştetin fikirləri müxtəlifdir. Bu baxımdan, Lotu Quli Paşteti Türkiyəyə dəvət edib. O bildirib ki, problemi üçlükdə müzakirə edə bilərlər. Nadir Səlifov eyni zamanda Paşteti “oğru” hesab edənləri də dinləmək istədiyini bildirib. Lakin Paştet Türkiyəyə gələ bilməyəcəyini qeyd edib. Çünki o hazırda nəzarət altındadır. Digər tərəfdən, Paştet Saş Kuşnerlə bir masada oturmaq istəmədyini qeyd edib. 

Ekspertlər hesab edir ki, bu konflikt bütövlükdə kriminal dünyada təlatümlərə səbəb ola bilər. Çünki məsələyə Lotu Quli kimi MDB məkanında güclü təsir imkanlarına malik “oğru” qarışıb. Hesab edilir ki, Nadir Səlifov Saşa Kuşnerə dəstək verəcəyi təqdirdə ona qarşı formalaşan güclü müxalifət Lotu Qulinin rəqibləri ilə birləşə bilər. 

Bəzi mülahizələrə görə, bu konfliktə Nadir Səlifovu cəlb etmək əslində ona qarşı yeni cəbhə açmaq üçün düşünülüb. Qeyd edək ki, Lotu Quli azadlığa çıxdıqdan sonra qısa müddət ərzində kriminal dünyada bir nömrəli şəxsə çevrilib.






Fikirlər