GƏDƏBƏYƏ 20 sm QAR yağdı ...

Gədəbəyə 20 sm qar yağdı

Bu gün  səhər saatlarından Gədəbəyə qar yağmağa başlayıb.

 "AzerTaym.az" APA-ya istinadla xəbər verir ki, qar örtüyünün hündürlüyü rayon mərkəzində 5-10, dağ kəndlərində isə 15-20 sm təşkil edir. 

Qarın yağması nəticəsində qazın, elektrik enerjisinin, suyun verilişində fasilə yaranmayıb. Dağ kəndlərinə gedən yollarda avtomobilərin hərəkətində çətinliklər qeydə alınmayıb.






Fikirlər