Bakıda metrostansiya çökür? - Rəsmi qurumlar nə düşünür? (VİDEO)

Binəqədi rayonu 8-ci mikrorayon ərazisindəki Azadlıq Prospekti metrostansiyanın giriş-çıxışı olan parkda ciddi problem yaranıb.

Valyuta.az-ın APA TV-yə istinadən verdiyi məlumata görə, həmin parkın orta hissəsində çökmələr və torpaq sürüşmələri müşahidə olunur.

Parkda aparılan çəkiliş zamanı, pilləkənlərin orta hissəsindəki piltələrin bir xətt boyunca çatladığı, eyni zamanda parkdakı pilləkənlərin bəzilərinin isə sağ tərəfinin çökdüyü müşahidə olunur.

Valyuta.az xəbər verir ki, APA TV-nin əməkdaşları ərazidə fəaliyyət göstərən obyektlərdə çalışanlarla şifahi söhbətlər aparıblar. 

Onlar bildirdilər ki, qatarların keçdiyi anda yer həddindən artıq titrəyir.

Məsələ ilə bağlı Bakı Şəhər İcra hakimiyyətindən bildirdilər ki, sözü gedən ərazi onların balansında yox, Bakı Metropolitenin ərazisinə aiddir. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, metrostansiyalar tikilən zaman yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunduğu üçün narahatlığa heç bir əsas yoxdur: 

”Ərazilər və torpaq sahələri, yalnız inşaat müddəti dövründə müvəqqəti olaraq Bakı Metropoliteni üçün ayrılır. İnşaat işləri yekunlaşdıqdan sonra isə həmin ərazilər Bakı Şəhər İcra hakimiyyətinin balansına verilir. Metrostansiyaların ümumən yeraltı obyektlərin inşa olunduğu ərazilərdə, zamanla çökmələrin olması mümkündür, bəzən hətta labüddür. Bu qatarların hərəkətindən irəli gələn dinamik hərəkətin təsirindəndir”.

Bəxtiyar Məmmədovun sözlərinə görə, Azadlıq Prospekti metrostansiyasında yaxınlıqda aparılan tikinti işləri, metrostansiyaya heç bir zərər verə bilməz.

“Qeyd edək ki, çəkiliş zamanı Binəqədi rayon bələdiyyəsinin parkın çökən və yararsız vəziyyətdə olan yuxarı hissəsində təmir-bərpa işləri aparılmasının da şahidi olduq”.
 






Fikirlər