PARADOKS... - Separatçı rejim Azərbaycan ərazisində əsgərimizi HƏBS etdi - VİDEO
İşğalçı ölkə Ermənistan Azərbaycan əsgəri Cəmil Babayevi girov götürüb.
Sərhəd tanımayan erməni həyasızlığı Cəmil Babayevi separatçı rejimin sərhədlərini pozmaqda ittiham edir. Cəmil Babayev Azərbaycanın ərazisi olan Ağdərədə saxlanılıb. Təbii ki, separatçı rejim özbaşına belə addımlar ata bilməz. Onlar rus sülhməramlılarına arxalanaraq bütün beynəlxalq qanunlara tüpürüb suveren ölkənin ərazisində onun əsgərini həbs edirlər.
Azərbaycan Müdafiə Nazirliyi baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, Cəmil Babayev Gəncə xəstaxanasının psixiotriya şöbəsində müalicə alırmış, o xəstəxananın ərazisini özbaşına tərk edib.