-
24-11-202423-11-202422-11-2024
Fikirlər
-
Reklam
-
Əsas xəbərlər
Gələcəkdə uşaqlar üçün nəzərdə tutulmuş sosial müavinətlərin ("uşaq pulu") bərpa edilməsi məsələsinə baxıla bilər.
Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, Azərbaycan müharibədən çıxıb. İlk növbədə müharibəyə görə yaranan xərcləri qarşılamaq lazımdır:
“Hazırda Vətən Müharibəsi qazilərinin reabilitasiya, onların mənzil, məişət, sosial problemlərin həlli istiqamətində müvafiq addımlar atılır. Hazırda bütün diqqət buraya yönəldilib. Bu səbəbdən də hazırki vəziyyətdə uşaq pulunun bərpası məsələsi gündəmdə deyil. Ancaq mən inanıram ki, gələcəkdə uşaqlar üçün nəzərdə tutulmuş sosial müavinətlərin bərpa edilməsi məsələsi gündəmə gətiriləcək və dövlət tərəfindən bu istiqamətində müvafiq addımlar atılacaq”.