Elçin Sadıqov Apellyasiya Məhkəməsində- - HƏBSDƏKİ VƏKİL ACLIĞA BAŞLAYIB...

Hazırda həbsdə olan tanınmış vəkil Elçin Sadıqovun barəsindəki həbs qərarının dəyişdirilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsində onun apellyasiya şikayətinə baxılıb.

"AzerTaym.az" bildirir ki, gununsesi.info-nun xəbərinə görə, Elçin Sadıqovun müdafiəsinə Azərbaycanın bir sıra tanınmış vəkilləri qoşulub.

Vəkil Iradə Cavadova saytımıza açıqlamasında bildirib ki, Elçin Sadıqovun özü və vəkilləri, onun barəsindəki həbs qərarının dəyişdirilməsini qanuni əsaslandırıblar:

“Məhkəmə iş materialları ilə tanış olmadığına görə qərar 17 sentyabr tarixində qərar elan olunacaq”.

İradə Cavadovanın sözlərinə görə, Elçin Sadıqovla görüşü zamanı məlum olub ki, o, həbsinə etiraz olaraq aclıq aksiyası keçirir:

”Elçin dedi ki, həbs olunduğu gündən bəri aclıq aksiyası keçirir. Hələ ki, səhhəti normal idi”.

 Qeyd edək ki, Elçin Sadıqov özü də məhkəməyə gətirilib.






Fikirlər