Jalə Əhmədova vəfat edən həyat yoldaşı barədə paylaşım etdi - FOTO
Deputat Jalə Əhmədova bir neçə gün əvvəl vəfat edən həyat yoldaşı ilə bağlı paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, millət vəkili öz feysbuk hesabında dünyasını dəyişən həyat yoldaşı Babək Əhmədovun fotosunu paylaşıb. O, ailəsinə üz vermiş ağır itki ilə əlaqədar başsağlığı verənlərə təşəkkür edib. Qeyd edək ki, Babək Əhmədov Xaçmaz rayonunda dəfn olunub. O, dövlət qurumlarının birində çalışıb. Mərhumun qardaşı İmran Əhmədov isə Lənkəran qarnizonu üzrə hərbi prokurordur. Xatırladaq ki, bir neçə gün öncə J. Əhmədova Axar.az-a açıqlamasında həyat yoldaşının ölüm səbəbini açıqlamışdı: “Sağlamlığı ilə bağlı heç bir şikayəti yox idi. Axşam mədəsinin ağrıdığını və özünü yaxşı hiss etmədiyini dedi. Düşündüm, özünü yenə soyuğa verib. Elə bir az keçmişdi ki, anidən başını qoydu yerə. Sən demə, infarkt keçirirmiş. Elə çox yaşı da yox idi. Ürəktutmadan rəhmətə getdi. Valideynlərin qərarı ilə Xaçmazda öz doğmalarının yanında torpağa tapşırdıq”.