Bala Göyçənin ilk dəfə görüntüləri yayımlandı - VİDEO

Bala Göyçə gölü Buğdadağın ətəyində yerləşir. Bir müddət əvvələ kimi erməni təxribatçılar gölü və ətraf əraziləri atəş altında saxladığından hər kəs bu təbiət möcüzəsinin suyundan, gözəlliyindən məhrum idi.
Yeniavaz.com xəbər verir ki, bu barədə AZTV-nin hazırladığı süjetdə qeyd olunub. Bildirilib ki, müzəffər Azərbaycan Ordusu bu həsrətə son qoyub. Komando birliklərində xidmət edən Elnur Mustafayevin sözlərinə görə, bura strateji əhəmiyyəti olan yüksəklikdir: “Arxada bizim təminat yolları var, oraya, Bala Göyçəyə nəzərəti ələ keçirdik. Artıq söz və güc Azərbaycan Ordusunundur bu ərazidə. Bizim Azərbaycan Ordusu rəşadətlə öz xidmətlərini aparırlar”.

Gölün ətrafında yetərincə minalanmış ərazi var, lakin minalar təmizlənir və ya zərərsizləşdirilir.

Polkovnik-leytenant, hərbi hissə komandiri Saqi Babayev deyib ki, yüksəkliyə nəzarət bərpa olunandan sonra istiqamətlər üzrə yeni yollar çəkilir.






Fikirlər