Şamaxının bu kəndlərində elektrik şəbəkəsi yeniləndi - VİDEO
“Azərişıq” ASC Şamaxı rayonunun 2 kəndində elektrik şəbəkəsini yenidən qurub. "AzerTaym.az" qurumun mətbuat xidmətinə istinadən bildirir ki, layihə çərçivəsində Şamaxının Zarat Xeybəri və Ərçiman kəndlərinin elektrik şəbəkəsi yenilənib. Zarat Xeybəri kəndi dəniz səviyyəsindən 2430 metr hündürlükdə, rayon mərkəzindən 45 km kənarda, çətin relyefli ərazidə yerləşir. Kəndin enerji təsərrüfatı 70 ildən çoxdur istimardadır. Yenidənqurma işləri nəticəsində Zarat Xeybəri kəndində 2 komplekt transformator məntəqəsi quraşdırılıb. 5 km-a yaxın 10 kV-luq, 6 km-a yaxın 0,4 kV-luq elektrik xəti tam yenilənib. Ərçiman kəndində də 10 və 0,4 kV-luq elektrik xətləri ləğv edilərək 20 km-dən artıq yeni kabel xətti çəkilib. Kənddə 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. Xatırladaq ki, investisiya layihəsi regionlarda 100-dən çox kəndi əhatə edir.
Hər iki kənddə abonentlərin sayğacları yenisi ilə əvəzlənib.