Bu kənddə 5 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq - VİDEO
“Azərişıq” ASC İmişli və Füzuli rayonları elektrik şəbəkəsi ərazisində də yenidənqurma işlərini davam etdirir. Qurumun mətbuat xidmətindən "AzerTaym.az"-a verilən məlumatda bildirilir ki,layihə çərçivəsində İmişli rayonunun Mirli kəndində 5 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq. Artıq bunlardan 2-si istismara verilib. 8 km-ə yaxın 0,4 kV-luq, 2 km-dən çox 10 kV-luq xətlər yenilənib. Ümumilikdə isə yenilənəcək 0,4 kV-luq elektrik xətti 13 km-dən, 10 kV- luq elektrik xətti isə 18 km-dan çox olacaq. Mirli kəndinin 188 abonenti var. İmişlinin Qaravəlli kəndində isə 7 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılacaq.14 km-dən çox 0,4 kv-luq, 15 km-ə yaxın 10 kV-luq elektrik xətləri yenilənəcək. Qaravəlli kəndinin 212 abonenti var. İmişli ilə yanaşı Aran RETSİ-nin ərazisində yerləşən Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində də yenidənqurma işləri həyata keçirilir. İlk məqsəd işğaldan azad edilmiş bu ərazidə “N” saylı hərbi hissəyə yeni elektrik xəttinin çəkilişi həyata keçirilir. Layihə çərçivəsində hərbi hissəyə yeni 35/0,4 kilovoltluq hava verilişi xətti çəkilir. Qeyd edək ki, ərazi təhlükəli olduğundan öncə minadan təmizləmə işləri aparılıb. Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.
Mənbəyini Füzuli şəhərindəki 110/35/10 kilovoltluq yarımstansiyadan götürən bu xəttin uzunluğu 22 km-dir.