Nazir: "Gələn həftədən 50-yə yaxın bağçanın isti yeməklə təminatına başlanılacaq"
Növbəti həftədən 50-yə yaxın bağçanın isti yeməklə təminatına başlanılacaq. Bu say 100-ə qədər artırılacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bağçalarda köhnə normativlərin dəyişdirilməsi üzərində iş gedir:
"Qidalanma mütəxəssisləri ilə birgə ilkin standartlar hazırlanıb".