“Əqrəb mövsümü”nün rejissorundan 500 MANATlıq TƏLƏB...

“Əqrəb mövsümü”nün rejissorundan 500 manatlıq tələb

Son vaxtlar çəkdiyi “Körpü” və “Əqrəb mövsümü” serialları ilə gündəmdən düşməyən rejissor Emil Quliyev jurnalistlərə müsahibə vermək üçün pul tələb edib. 

 

Bu barədə jurnalist Samirə Əşrəf məlumat verib:

“Rejissor Emil Quliyevlə müsahibə etmək istədik, prodüserinə yönləndirdi. Prodüser dedi, harda, saat neçədə? Ardınca əlavə etdi ki, istənilən kontentdə müsahibə ödənişlidir. Dərhal imtina etdim müsahibədən. Səbəbini deyəcəm. Amma maraq üçün qiyməti soruşdum”. 

Onun sözlərinə görə, rejissor bir saat üçün 500 manat qonorar istəyib:

 “Bir saat üçün 500 manat. Vüqar dedi, mənim maaşımın bir hissəsini verək, edək müsahibəni. Təbii ki, zarafat idi. Əslində bu qiymət özünə, yaradıcılığına dəyər vermək müsbət haldır. Və bizdən fərqli olaraq dünya təcrübəsində normal faktdır. Amma bizdə bir az başqa cürdür. Emil Quliyev elə bir ölkədə yaşayır ki, bu ölkənin nə ədəbi, nə kino, nə də teatral, ümumilikdə yaradıcı mühiti həmin 500 manat qonarara, o arzu və tələblərə cavab vermir. Yəni həmin qonararı tələb edəcək mühit formalaşmayıb, yaranmayıb. Üstəlik, bizdə belə bir sistem də mövcud deyil. Yəni əvvəl əl-ələ verib, həmin mühiti formalaşdırarlar, son “hoppp” deyərlər. Həm açığı, rejissor olaraq mənim üçün heç bir maraq kəsb etmir. Nə filmləri, nə serialalrı. Müəyyən baxış sayı, gündəmdə olması tələbi ayrı, yaradıcı adam kimi başqa. Həmin müsahibə kulisdə getsə, əmin olun ki, maksimum 2000, 3000 baxış sayı olacaq. Mən isə bu zəhməti İlqar Nəcəflə, Elvin Adıgözəllə, Elmar İmanovlala, Asif Rüstəmovla və digərləri ilə çəkməyə hazıram, nəinki Emil bəylə. Deyəcəksiniz, nə vacibdir bəs? Cavab verim, gündəmdədir, serialı haqqında danışılır, "Pərdə" filmi xeyli maraq topladı. Bu qədər. Emil Quliyevin yaradıcılığı da, beş yüz manat qonararı üçün uyğun deyil”. 

Jurnalist rejissorun bu addımını absurd qiymətləndirib: 

“Bizdə Emil Quliyevlərin reklama daha çox ehtiyacı var, nəinki pula. Dərinə getsək, Emil Quliyev də daxil olmaqla bu günə qədər müsahiblər alıb reklamını etdiyimiz, aylıq oxucu sayı 350 min olan Kulis.az saytına da, qonarar ödənilməlidir, müsahibələri bizdə yayımlandığı, üç yüz əlli min oxucuya çatdıqları üçün. Elə mənim özüm müsahibə aldığım, filmlərindən, tamşalarından yazdığım adamlardan hər biri üçün 500 manat qonarar tələb etsəydim, görün hara gedib çıxardı. Hə, bir də tək adamla “Don Kixot”luq bir az çətin məsələdir”. /Yenisabah.az






Fikirlər