Ölkədə boşanmalar artıb - Rəsmi
Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7541 nikah və 3014 boşanma halları qeydə alınıb. "AzerTaym.az" “Qafqazinfo”ya istinadən bildirir ki,bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.