"Publikaya oynayırsan" - Efirdə DAVA...
Müğənni Mətanət Əsədova ilə vəkil Zülfiyyə Bayramova arasında mübahisə düşüb. "Elgizlə izlə" verilişinə qonaq olan Mətanət anasından şikayət edən bir oğlana irad bildirib. "Kaş anam məni atardı, ikinci dəfə ərə gedərdi, amma sağ olardı. Anaların səhvi olmur. Ana öz kefindən nəsə etmir. Nəyisə məcbur qalır edir. Nə qədər zülm, şiddət də görsəm, valideyndə səhv görmürəm" deyən, Mətanətə Zülfiyyə etiraz edib. "Ən böyük səhv elə analarda olur. Ən böyük səhvi analar başlayır ki, uşaq travma ilə böyüyür. Atılan uşaq yaşadığını görməmisiniz. Publikaya işləməyək. Bu dəqiqə publikaya işləyirsən ki, ana alqışlasın. Ana uşağı atıb gedib. Sevgidən məhrum olmamısansa, onu yaşayanı ittiham edə bilməzsən. Adamı qoyub qabağına onu danlayırsan. Mənasız söz danışırsan" deyə, Zülfiyyə əsəbiləşib.