YAP bələdiyyələrdə çalışan üç nəfərin namizədliyini irəli sürüb

YAP bələdiyyələrdə çalışan üç nəfərin namizədliyini irəli sürüb

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərindəki namizədlərinin siyahısını dünən açıqlayıb. 

Modern.az xəbər verir ki, YAP-ın siyahısında üç bələdiyyə işçisi də var.

Belə ki, 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyi irəli sürülən Hümbət Rəhim oğlu Hüseynov hazırda Binəqədi rayonundakı Rəsulzadə bələdiyyəsinin sədri vəzifəsində işləyir.

YAP-ı 18 saylı Nərimanov - Nizami - Binəqədi seçki dairəsində təmsil edəcək Nizami Babaş oğlu Babaşov  Nərimaov bələdiyyəsində şöbə müdiri vəzifəsində çalışır.

36 saylı Xətai -Suraxanı seçki dairəsindən namizədliyi irəli sürülən Nərminə Aslan qızı Hacıyeva isə Xətai bələdiyyəsinin sədr müavinidir.

Bu namizədlərin adları çəkilən dairələrdə nə qədər şanslı olacaqları qarşıdakı seçki marafonunda bilinəcək.






Fikirlər