"Formula 2": Bakıdakı yarışda zəncirvari qəza baş verib

Bakıda keçirilən "Formula 2" üzrrə Azərbaycan Qran-prisində zəncirvari qəza olub.

Əsas yarışın startında beş bolid bir-birinə çırpılıb.

Onlardan bir neçəsi dağılıb. Nəticədə qırmızı bayraq qaldırılıb və fasilə yaranıb. Pilotlardan heç biri xəsarət almayıb.

"İnvicta Racing"dən Kuş Maini, "MP Motorsport"dan Oliver Göte, "Campos Racing"dən Xosep Maria Marti, "Van Amersfoort Racing"dən Rafael Villaqomes və "AIX Racing"dən Niels Koolen qəzanın qurbanları olublar. Onlar mübarizəni davam etdirə bilməyəcəklər.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış saat 15:00-da başlayacaq.






Fikirlər