"AtaBank"-da nələr BAŞ verir? — ELNUR Osmanov və ETİBAR Babaşlı müəmması

"AtaBank"-da nələr baş verir? — Elnur Osmanov və Etibar Babaşlı müəmması

Yaxın zamanda "AtaBank" ASC-nin Elnur Osmanovla bağlı prokurorluğa müraciət etməsi istisna olunmur.

Lakin onun əsas şəriklərindən biri olan Etibar Babaşlı barədə mənbə belə bir addımın atılacağını gözləmir. Çünki bu banka qarşı həm etimadsızlıq yaradar, həm də bankın bəzi rəhbərləri Elnur Osmanovun danışacağından narahatdırlar. Sabiq İdarə heyyəti üzvünün danışacağı halda isə Etibar Babaşlı başda olmaqla "AtaBank" ASC-də vəzifə tutan bir çox şəxslərin ciddi ittihamlarla üzləşmək ehtimalı çoxdur.

Ötən hətə "AtaBank" ASC İdarə Heyyətininü üzvü Elnur Osmanovun niyə və hası səbəbə görə vəziəsindən uzaqlaşdırılması ilə bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, saytımızı bilgiləndirən mənbənin iddiasına görə Elnur Osmanov məhkəməyə saxta arayış təqdim edib. Qeyd edilirdi ki, bu saxta arayışa görə Elnur Osmanovun bankda ciddi problemləri meydana çıxıb və sonucda məcburən vəzifəsi ilə vidalaşmaq zorunda qalıb. Həmin məlumatda onu da bildirmişdik ki, Elnur Osmanovu "AtaBank" ASC İdarə heyyətinin keçmiş sədri, (bir həftə öncə vəzfəsindən çıxarıldı), Etibar Babaşlı müdafiə edib və ona saxta arayışı da bank adından məhz Etibar Babaşlı verib. Hətta Etibar Babaşlı Elnur Osmanova görə bankın Müşahidə Şurasının sədri Əşrəf Kamilovla üz-üzə gəlib və nəticədə məhkəməyə təqdim edilən saxta arayış böyük qalmaqala səbəb olub.

Bu məsələ ilə bağlı AzFakt.com saytına əlavə məlumatlar daxil olub. Mənbə qeyd edir ki, Elnur Osmanov bankın verdiyi açıqlamada göstərildiyi kimi heçdə könüllü istefa verməyib. Onu istefa verməsi üçün sona qədər məcbur ediblər. Çünki Elnur Osmanovun saxtakarlığı bankın nüfuzuna xələl gətirib. Xüsusi ilə "AtaBank" ASC İdarə heyyətinin sədri Etibar Babaşlının onun bu saxtakarlığına şərik olması bankın digər rəhbərliyi tərəfindən açıq narazılıqla qarşılanıb. Lakin bank rəhbərliyninin narazılığına səbəb tək saxta arayış qalmaqalı olmayıb. Bank rəhbərliynin apardığı araşdırmalar nəticəsində məlum olub ki, Elnur Osmanov bankdakı vəzifəsindən istifadə edərək bankın vəsaitlərinin doğru istiqamətə yönləndirilməməsi hesabına özünə böyük sərvət toplayıb.

Mənbə bildirir ki, "AtaBank" ASC İdarə heyyətinin sədri Etibar Babaşlı ilə əlbir şəkildə çalışan Elnur Osmanov külli miqdarda bank vəsaitini şişirdilmiş qiymətlərlə mənimsəyib. Belə ki, mənbə təkcə bir faktı diqqətə çəkərək bildirir ki, bankın reklamları üçün istehsal olunan flaşbomlar, jurnallar, broşürolar, digər reklam vasitələri Elnur Osmanova məxsus şirkətdə istehsal olunub. Bu zaman isə qiymətlər real bazarda olduğundan bir neçə qat artıq göstərilib. Bütün bu işlərdə isə Elnur Osmanovun əsas himayəçisi bankın İdarə Heyətinin sədri Etibar Babaşlı olub. Yəni, faktiki olaraq Etibar Babaşlı Elnur Osmanovun bu maxinasiyalarından xəbərdar olmalıydı və yəqin ki, olub. Lakin Etibar Babaşlı bütün bu maxinasiyalara göz yumub və faktiki olaraq Elnur Osmanovun şəriki olaraq çıxış edərək bankın vəsaitinin mənimsənilməsinə yol verib. Bu isə bankın Müşahidə Şurasının diqqətindən yayınmayıb və təqribən bir həftə əvvəl bankın Müşahidə Şurası Etibar Babaşlının İdarə Heyəti sədrliyindən azad etmək haqqında qərar verib.

Mənbə bildirir ki, Elnur Osmanov "AtaBank" ASC-dən mənimsədiyi vəsaitlər hesabına özünə böyük sərvət toplayıb. Həmçinin Elnur Osmanov bankda işlədiyi müddətdə "AtaBank"-dan çox aşağı faizlə, uzun müddətə iri məbləğdə kredit götürüb. Kreditin əvəzinə qoyulan girov isə əslində çox dəyərsiz olub. Hazırda isə həmin kreditin əsas hissəsi ödənilməyib. Buna baxmayaraq, Elnur Omanov Bakıda və Göyçayda böyük biznesə sahibdir. Göyçay rayonunda Elnur Omanovun bir neçə yüz hektara yaxın əkin sahəsi, heyvandarlıq kompleksinin olduğu bildirilir. Bakıda isə Elnur Osmanovun əsasən daşınmaz əmlak aldığı qeyd olunur. Belə ki, Elnur Osmanovun bankdakı işlərinə yaxından bələd olan mənbə qeyd edir ki, onun Bakıda bahalı yerlərdə onlarla mənzili var. Bu mənzillər bir qayda olaraq əcnəbilərə kirayəyə verilir. Bundan başqa sabiq bank işçisinin Türkiyədə də biznes qurduğu deyilir.

Mənbə onu da qeyd edir ki, Elnur Osmanovun qardaşıda "AtaBank" ASC-də vəzifə daşıyır. Bank rəhbərliyi isə Elnur Osmanovun susması üçün qardaşının bankda işləməsinə göz yumur. Bunun səbəbi isə Elnur Osmanovun bankdakı bir çox maxinasiyalar bildiyini və bu barədə susması deyilir.

"AtaBank" ASC-nin və yazıda adı keçən digər şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 AzerTaym.az

 






Fikirlər